Qanunsuz ov edən şəxs cəzalandırılıb

26 Avqust 2021 17:23 (UTC+04:00)

Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın “Kiçik körfəz” adlanan ərazisində ov edən şəxs saxlanılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova SİA-ya bildirib ki, araşdırma zamanı brakonyerin Lənkəran şəhər sakini Hakim Əliyev olduğu məlum olub. Faktla bağlı qanun pozucusu barəsində qanunamüvafiq tədbirlər görülüb.