Futbol üzrə İrlandiya milli komandasının və “Vest Bromviç” klubunun futbolçusu Kallum Robinson koronavirusa yoluxub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Koronavirus testi müsbət çıxan 26 yaşlı hücumçu karantinə alınıb. Kallum İrlandiya yığmasının DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Portuqaliya, Azərbaycan və Serbiyaya qarşı keçirəcəyi oyunları buraxacaq. İrlandiya yığması sentyabrın 1-də Portuqaliya ilə səfərdə qarşılaşacaq. Milli daha sonra sentyabrın 4-də Azərbaycanı, 7-də isə Serbiyanı qəbul edəcək.
Ziya Hikmətoğlu