"Azərbaycan öz gücü hesabına beynəlxalq hüququ və adələti bərpa edib" POLİTOLOQ ŞƏRH ETDİ

26 Avqust 2021 15:17 (UTC+04:00)

"Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin BMT-nin yeni rezident əlaqələndiricisi ilə görüşdə mühüm məsələlər müzakirə edilib". Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

İlyas Hüseynovun sözlərinə görə, görüş zamanı eyni zamanda Azərbaycan ilə əməkdaşlığın müxtəlif parametrləri bağlı müzakirələr aparıllb: "Xüsusilə vurğulamaq lazımdır ki, 44 günlük vətən müharibəsində BMT-nın Təhlükəsizlik Şurasının 4 qətnaməsinin mühüm əhəmiyyəti olmuşdur. Lakin, buna baxmayaraq bu qətnamələr icra olunmamış və yalnız kağız üzərində qalmışdır. Azərbaycan silahlı qüvvələri müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında qətnamələrin icra edilməsini həyata keçirdilər. Azərbaycan öz gücü hesabına beynəlxalq hüququ və adələti bərpa edib. Ona görə də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri diplomatik siyasi danışıqlar yolu ilə icra etmək mümkün olmayıb. BMT funksionerləri bunu belə izah edirdilər ki, Təhlükəsizlik Şurasının qətnamlərinin icra mexanizmi yoxdur. Lakin digər münaqişələrə münasibətdə biz görürdük ki, qətnamələr qəbul olunarkən onun mürrəkkəbi qurumamış dərhal icra olunur və qətnamələrdə qeyd olunan məsələlər həyata keçirilir. Bu da ikili standartların digər bariz nümunəsidir. ATƏT-in Minsk qrupu insitutunun da öz fəaliyyəti zamanı uğurlu nəticəyə imza atmamışdır və yürütdüyü siyasətlə yalnız işğalçıya dəstək göstərmişlər. Bununlada işğalın müddətini uzatmağa can atmışlar. Buna görə də Azərbaycanın iqtisadi potensiyalı, döyüş hazırlığı, psixoloj durumu və rəşadətli qəhrəman əsgərləri sayəsində biz beynəlxalq hüququ eyni zamanda BMT-nin qətnamələrini də həyata keçirdik".

Politoloq sözlərinə davam edərək qeyd edib ki, digər önəmli məsələ bundan ibarətdir ki, işğal dövrü ərzində UNESKO, yəni BMT-nin ixtisaslaşmış qurumu elmin , təhsilin, mədəniyyətin müdafiəsi istiqamətində fəaliyyət göstərən qurum bir dəfə də olsun ki, Azərbaycanın işğal altında olan ərazilərinə səfər etməmiş araşdırıcı missiya təssis etməmiş və monitorinqlər aparmamışdır: "44 günlük müharibədən sonra dərhal UNESKO bölgəyə öz missiyasını göndərməklə bağlı təşəbbüslə çıxış etdi. Bu təşəbbüs Azərbaycan tərəfindən müsbət yanaşılmışdır çünki, bu illər ərzində düşmən tərəf Azərbaycanın milli-mədəni irsini , dini abidələrini dağıtmış, yerləyeksan etmişdir. Ona görə də burada vandalizmin və barbarlığın missiyaların nümayəndələrinə göstərilməsi və təbliği mühüm xarakter daşıyır. İndiki durumda Ermənisan tərəfi bu missiyanın regiona səfərini yubatmaqla məşğuldur. UNESKO-nun da yürütdüyü siyasət və sərgilədiyi baxışlar sistemi tamimilə anlaşılan deyil. Bu illər ərzində işğaıl olunan ərazilərə səfər etməkdən boyun qaçıran Azərbaycanın təkidli tələblərinə baxmayaraq bu missiyanın təşkil olunmasını həyata keçirtməyən qurum dərhal xristian tərəfkeşliyindən çıxış edərək xristian abidelərinin təhlükə altında olması iddiasını yalnış olaraq irəli sürmüşdür. Bütün bunlar anlaşılan deyil və bu istiqamətdə BMT-nin ixtisaslaşmış qurumları, BMT-nin Təhlükəsizlik Şurası və Baş Assembliyası və digər müvafiq qurumları ilə Azərbaycan arsında münasibətlərin yeni müstəviyə qaldırılması və genişləndirilməsi müstəsna əhəmiyyət kəsb edir".