Qəbələdə meşə ərazisində yanğın hadisəsi baş verib

26 Avqust 2021 13:17 (UTC+04:00)

Qəbələ rayonu, Solquca kəndi yaxınlığındakı dağlıq ərazidəki meşə sahəsində yanğın hadisəsi baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova SİA-ya bildirib ki, hazırda Nazirliyin yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri yanğının söndürülməsi üçün çalışırlar.