ABŞ-da meşə yanğınları davam edir

26 Avqust 2021 12:22 (UTC+04:00)

ABŞ-ın Kaliforniya ştatında tüğyan edən yanğınlar əyalətin ən gözəl turizm bölgələrini də təhdid altında qoyub. SİA xarici mətbuata istinadən xəbər verir ki, 14 avqustda başlayan və "Caldor" adlandırılan meşə yanğınları yayılmaqda davam edir.

Yalnız 11 faiz nəzarət edilən yanğının ştatın ən əhəmiyyətli turizm mərkəzlərindən biri olan Tahoe gölünə doğru hərəkət etdiyi açıqlanıb.