“Avqust ayının 26-da ermənilərin Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutması növbəti təxribatdır və cavabsız qalmayacaq”. Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycan təmkinli ancaq qətiyyətli cavab tədbirləri görəcək. Belə hallarda ən effektiv tədbir kimi insidenti törədənlərə törədikləri cinayət əməlinə adekvat cavabdan daha çox bir neçə misli ilə cavab vermək təcrübəsinə istinad edilir. Bu, həm də önləyici tədbir hesab olunur və düşməni bir daha bənzər hərəkətlər etməkdən çəkindirir”.
Deputat sözlərinə belə davam edib: “25 avqustda Gorus-Qafan yolunun Qubadlı rayonu yaxınlığında yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının əsgərinin erməni deversantları tərəfindən soyuq silahla hücuma məruz qalmasına gəldikdə isə, bu cinayəti törədənlər də mütləq öz cəzalarına çatdırlmalıdırlar. Çünki ermənilər cəzasız qalacaqları təqdirdə belə cinayətləri tez-tez təkrar edəcəklər. Necə ki, 30 il müddətində bunu həvəslə edirdilər. Ancaq indi şanlı Azərbaycan Ordusu onların törətdikləri bütün cinayətlərə görə layiqli çəkildə cəzalandırb. Bundan sonra da belə olacaq. Məsələnin siyasi tərəfinə gəldikdə isə şübhəsiz ki, bu cür təxribatlar Ermənistan hökumətindən xəbərsiz yaxud ən azı müdafiə nazirinin bilgisi olmadan törədilə bilməz. Ona görə də hadisəylə bağlı dərhal qanedici izahat verilməli və Ermənistan 10 noyabr 2020-cil il üçtərəfli bəyannamənin və beynəlxalq hüququn tələblərini yerinə yetirməlidir. Çünki bir ölkənin suveren sərhədlərini pozmaq, yaxud təxribat törətmək beynəlxalq hüquqa görə cinayət hesab edilir və məsuliyyət yaradır. Ona görə də dərhal belə cinayətlərə son qoyulmasa, Azərbaycan təxribatçılara və sərhədlərimizi pozan diversantlara qarşı mililləşməsi ilə cəza tətbiq etmək hüququndan istifadə edə bilər. Azərbaycanın bunu necə bacardığını isə hamıdan yaxşı ermənilər və Ermənistanın baş naziri N.Paşinyan bilir”.
Ayşən Vəli