Kuba Səhiyyə Nazirliyindən edilən şərhə görə, axırıncı 24 saat ərzində 96 nəfər koronavirusdan ölüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, ölkədə Covid-19 səbəbi ilə ölənlərin sayı 4.806-ya yüksəlib. Yoluxmaların sayı son 24 saatda 8 min 637 artımla 611 min 163-ə yüksələrkən, 555 min 370 nəfər sağalıb. Son vaxtlar yoluxma və ölüm hallarının sürətlə artması səbəbindən Kubanın səhiyyə sisteminin çökməyə başladığı iddia edilir. Ölkədə kütləvi peyvənd kampaniyası çərçivəsində birinci dozun 5 milyondan çox insana, ikinci dozanın 4 milyon 440 min 553 nəfərə, üçüncü dozanın isə 3 milyon 132 min 266 nəfərə verildiyi bildirilib. Aktiv xəstələrin sayı 50 mini keçib.