Kafan-Gorus yolunun Şurnuxdan keçən hissəsi bağlandı - Erməni mətbuatı yazır

26 Avqust 2021 11:02 (UTC+04:00)

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin verdiyi məlumata görə, avqustun 25-də saat 23:00 radələrində Azərbaycan tərəfi Kafan-Gorus yolunun Qubadlı rayonunun Şurnux kəndindən keçən hissəsini bağlayıb. SİA xəbər verir ki, erməni mətbuatı yazır: “Əraziyə avtomobillərin girişi dayandırılıb. Yolun açılması, insanların və nəqliyyat vasitələrinin normal fəaliyyətinin bərpası üçün danışıqlar aparılır".