“UNESCO-nun əsas məqsədi – irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq, təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək etməkdir. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq irqi, cinsi, dil və ya dini mənsubiyyətindən asılı olmayaraq qanunvericilik və ədaləti, insanın əsas hüquq və azadlıqlarını təmin etməkdən ibarətdir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.
Onun sözlərinə görə, 1972-ci ildə UNESCO tərəfindən "Ümumdünya Mədəni və Təbii İrsin Qorunması haqqında Konvensiya" qəbul edilmişdir: “Göründüyü kimi UNESCO-nun əsas məqsədlərindən biri ümumdünya mədəni irsinin qorunmasıdır. Azərbaycanın 30 ili ərzində işğal altında qaldığı torpaqlar da yerləşən mədəni və tarixi abidələr də ümumdünya mədəni irsinin nümunələri idi. Ermənistan məqsədli şəkildə azərbaycanlılara və digər xalqılara məxsus mədəni, dini abidələri məhv etmiş, tarixi saxtalaşdıraraq özününkiləşdirməyə çalışmışdır. Bütün bunlar UNESCO-nun gözü qarşısında baş vermişdir. Azərbaycan torpaqlarını işğal altında olduğu dövürdə UNESCO-ya dağıdılmış mədəni-tarixi abidələrinə baxış keçirilməsi üçün dəvət etmişdi. UNESCO isə siyasi məslələrə qarşımadığını bəhanə gətirərərk işğal altındakı torpaqlarımıza səfər etməsindən imtina etmişdir. Halbuki, UNESCO-nun nizamnaməsində birbaşa ermənilərin torpaqlarımızda törətdikləri vandallıqları kimi hallara birbaşa müdaxilə edərək belə halların yol verilməsinin qarşısının alınmasını və xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək etmək qeyd olunur”.
Deputat sözlərinə belə davam edib: “UNESCO müharibədən sonra azad olunmuş torpaqlara gələcəyini qeyd etmişdir. Amma işğal prosesinin bitməsindən 9 ay keçməsinə baxmayaraq hələ də gəlməyərək ermənilərin məqsədli şəkildə dağdılmış ümumdünya mədəni irsinin tərkib hissəsi olan mədəni-tarixi irsinə baxış keçirməmişdir. Bunun kökündə də ikili standartlar dayanır. Belə görünür ki, UNESCO BMT-nin təşkilatı olmasına baxmayaraq mərkəzi qərargahı Parisdə yerləşdiyindən fəaliyyətlərini də ermənipərəst Fransanın istəyinə uyğun qurur. Belə olmasaydı UNESCO öz nizamnaməsində qeyd olunduğu kimi neytral və ədalətli mövqedən yanaşaraq torpaqlarımızın işğal altında olduğu dövürdə ermənilərin məqsədli şəkildə dağıtdıqları mədəni, dini və tarixi irsimizə görə səsini çıxardardı”.
Ayşən Vəli