6 ildir NATO tərkibində Kabul Hava Limanının təhlükəsizliyini təmin edən Türk Silahlı Qüvvələrinin nümayəndələri artıq vətənə qayıdır. SİA Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, Türk Silahlı Qüvvələri (TSQ) üzvlərinin Əfqanıstandan çıxarılmasının müxtəlif təmasları, mövcud vəziyyəti və şərtləri qiymətləndirməklə başladığı bildirilib.