Akademiklər və Fransadakı qeyri-hökumət təşkilatı, Facebookun İsraili tənqid edən məzmuna senzura tətbiq etməsinə qarşı petisiya başladıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, fransız tarixçi və jurnalist Dominique Vidal, Fransa Fələstin Həmrəyliyi Dərnəyinin fəxri prezidentləri, siyasətçi Jean-Claude Lefort və tədqiqatçı Taoufiq Tahani də daxil olmaqla akademiklər, Facebookdan İsrailə qarşı olan tənqidi məzmuna senzurasını dayandırmağı tələb edib. Facebookun İsrail siyasətinə qarşı tənqidləri əks etdirən şəkilləri və mətnləri sildiyini bildirən açıqlamada, bir çox istifadəçinin senzuraya məruz qaldığı qeyd edilib. Bəyanat Facebooku bu "azadlıq qatili" siyasətlərinə son qoymağa çağırıb.