"Prezident BMT-dən narazılığını çox yüksək formada diplomatik dillə çatdırdı" POLİTOLOQ AÇIQLADI

25 Avqust 2021 18:44 (UTC+04:00)

"Avqust ayının 24-ü Prezident İlham Əliyev BMT-nin yeni rezident əlaqələndiricisini qəbul edib. Həmişə olduğu kimi Azərbaycan prezidenti bu görüşdə də Azərbaycan dövlətinin mövqeyini ortaya qoydu".Bunu SİA-ya açıqlamasında Politoloq Cümşüd Nuriyev deyib.

Cümşüd Nuriyev qeyd edib ki, BMT dünyanın ən böyük bəynəlxalq təşkilatıdır və eyni zamanda kifayət qədər nüfuzlu təşkilatdır: " Azərbaycanın məhz bu 30 ildə BMT ilə bağlı narazılıqlarını çox diplomatik şəkildə ortaya qoydu. Birincisi BMT təhlükəsizlik şurasının qəbul etdiyi qətnamələri BMT vaxtı-vaxtında yerinə yetirmədiyini qəbul elədi. Yəni, başqaları ilə bağlı qərarlar qəbul olunanda anındaca məsələlər həll olunur. Amma, Azərbaycanla bağlı qəbul olunmuş 4 qətnamənin heç biri icra olunmadı və Azərbaycan 44 günlük müharibə nəticəsində özü bu məsələnin həllinə nail oldu. İkincisi Prezidentimiz BMT-nin təşkilatı olan UNESKO bağlı münasibətini bildirdi. Azərbaycan 30 il ərzində UNESKO-ya fakt araşdırıcı missiya göndərilməsi ilə bağlı müraciət etdi. Bu günə qədər bu missiyanı yerinə yetirmədi. Baxmayaraq ki, ATƏT-in Minsk qrupu iki fakt araşdırıcı missiya artıq göndərmişdi. UNESKO- müharibə zamanı siyasi məsələlərdən yan keçdi. Amma müharibə bitdikdən sonra UNESKO bir mənalı şəkildə sırf siyasi bəyanatlarla gündəmə gəlməyə başladı. UNESKO-nun qərərgahı Paris şəhərində yerləşir və ermənilərin ən böyük lobbisi Fransa da fəaliyyət göstərir. Buna görə də UNESKO-nun özündə ayrı-ayrı üzvlər ermənilər tərəfindən ələ alınıb. Bu da UNESKO-ya xoş olan bir şey deyil. Çünki həm Azərbaycan prezidenti İlham Əliyev, həm də birinci vitse-prezident Mehriban Əliyeva UNESKO-ya dəfələrlə müraciət edib. Eyni zamanda UNESKO-nun xətti ilə Azərbaycan dövləti dünyanın müxtəlif ölkərində çox işlər görüb. Bütün hallarda UNESKO-nun Azərbaycana olan münasibətindəki ikili standartı prezident tərəfindən ortaya qoyuldu. Yəni UNESKO-ya bir mənalı şəkildə çox diplomatik bir etiraz münasibəti gündəmə gətirdi. Digər bir məsələ isə müharibənin bitdikdən sonra BMT-nin öz missiyasını yerinə yetirilməsi ilə bağlıdır. ATƏT-in Minsk qrupunun yenidən reanimasiyadan çıxarıb diriltmək istəyən qüvvələr var. Yəni Dağlıq Qarabağ münaqişəsi məsələsini gündəmə gətirmək istəyən qüvvələr hələdə var. Yenidən fikirlər səslənir. Bütün bunların hamısına Prezident bir cümlə ilə son qoydu ki, müharibə qurtarıb biz BMT ilə ərazilərin bərpası bağlı bir şeylər gözləyirik. BMT və onu müxtəlif qurumlarından birgə fəaliyyət göstərməklə layihələr və digər məsələlərdə həyata keçirilməsi üçün BMT-dən nələrisə gözləyə bilərik. BMT-nin yeni rezident əlaqəldiricisi ilə görüşdə Cənab prezident Azərbaycanın BMT-dən narazılıqlarını çox yüksək formada diplomatik dillə çatdırdı. İkincisi BMT və onun tərkibdə olan qurumların ikili standartla fəaliyyət göstərdiyini gündəmə gətirdi. Üçüncüsü BMT-nin UNESKO kimi təşkilatları daha çox siyasi məsələlərə fəaliyyərt göstərdiyini sübut etdi. Sonda zəfər müddətində və 44 günlük müharibədə Azərbaycan prezidenti necə ki xarici jurnalistlərə və mediaya cavablar verirdi , bir növ onları konkretləşdirdi və Azərbaycanın bu sahədəki mövqeyini BMT-nin yeni rezident əlaqələndiricisinə çatdırdı. Müharibənin bitdiyini Qarabağ münaqişəsinin olmadığını və bundan sonra da bu münaqişə ilə bağlı hətr hansı fikirlərin Azərbaycan tərəfindən qəbul olunmadığını gündəmə gətirdi.Beşincisi çox yüksək diplomatik şəkildə BMT -və onun müxtəlif qurumlarını Azərbaycanın bərpa işlərinə dəvət etdi. BMT və onun qurumlarını işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni tarixi sərvətlərinin ermənilər tərəfindən vəhşicə dağıdıldığını gündəmə gətirdi. Bunu həmin təşkilatın özünü və müxtəlif qurumlarının hər hansı reaksiya göstərmədiyini vurğuladı. Cənab prezident bir dövlət başçısı kimi diplomatik səviyyədə Azərbaycanın xarici siyasətini yalnız BMT və onun nümayəndəsinə deyil, Ermənistan və onu dəstəkləyən bütün qüvvələrin bir mesaj şəklində çatdırdı".