YUNESKO Azərbaycana səmimi fəaliyyət göstərmir -

25 Avqust 2021 17:03 (UTC+04:00)

"Cənab Prezidentin İlham Əliyev ölkəmizə yeni təyin olunmuş BMT-nin yeni rezident əlaqələndiricisini qəbul edərkən həm də YUNESKO ilə bağlıda fikirlərini bildirib". Bu sözləri SİA-ya açıqlamasında Asim Mollazadə deyib.

Onun sözlərinə görə, bu təşkilatın çox təəssüf ki, öz dəyərləri, öz bəyan elədiyi məramlara zidd olan ikili standatlı siyasətin həyata keçirməyin təzahürüdür: "Çox təəssüf ki, YUNESKO dünyanın mədəni dəyərlərinin və bu istiqamətdə Azərbaycanın işğalçılar tərəfindən məhv edilən tarixi yerlərin və abidələrin, mədəni irsi ilə bağlı vəziyyəti öyrənməkdən imtina eləməyi onu göstərir ki, lobbilərin ciddi təzyiqləri ilə əlaqədardı. Bu lobbilər Fransada yerləşən erməni lobbiləridir. YUNESKO bunun nəticəsi olaraq Azərbaycanda məhv edilən, dağıdılan mədəni dəyərlərimiz və mədəni irsimizə diqqətsiz yanaşırlar. YUNESKO demək olar ki, öz dəyərlərinin müdafiəsindən çox uzaqdır. YUNESKO Azərbaycana səmimi fəaliyyət göstərmir".