Özbək yazar 44 günlük müharibədən kitab yazdı -VİDEO

25 Avqust 2021 16:04 (UTC+04:00)

Gədəbəydə 44 günlük müharibə zamanı əldə edilmiş qələbəyə həsr olunan kitabın təqdimatı baş tutub. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, kitabın müəllifi Özbəkistan yazarı Xosiyyet Rustamdır. Təqdimat rayonun Heydər Əliyev mərkəzində keçirilib. Təqdimat mərasimində çıxış edən natiqlər gələn qonaqlara öz minnətdarlıqlarını bildirib, bu cür kitabların yazılmasını Özbəkistan və Azərbaycan xalqlarının dostluq, qardaşlıq əlaqələrinin tərənnümü olduğunu söyləyib və bütün türk dilli xalqları bir olmağa çağırıblar. Kitabın müəllifi Xosiyyet Rustam söyləyib ki, 44 günlük müharibənin hər anını biz də yaşadıq, əldə edilmiş qələbəyə biz də Azərbaycanlılar qədər sevindik. Özbəkistandan gəlmiş qonaqlar Gədəbəy rayon İcra Hakimiyyəti başçısı İbrahim Mustafayevə Özbəkistanın milli geyimi olan xələt və papaq hədiyyə ediblər. Başçı isə qonaqları fəxri-fərmanla mükafatlandırıb, Gədəbəy haqqında yazılmış kitab və Gədəbəy xalçasını onlara hədiyyə edib. Sonda isə birlikdə xatirə şəkli çəkilib.