5,4 bal gücündə zəlzələ

25 Avqust 2021 12:02 (UTC+04:00)

Meksikanın cənub -şərqində 5,4 bal gücündə zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Meksianın Milli Seysmoloji Xidmət Mərkəzi, episentri ölkənin cənub-şərqindəki Chidapas əyalətindəki Hidalgo şəhərindən 175 kilometr aralıda olan 5,4 bal gücündə zəlzələnin yerdən 10 kilometr dərinlikdə qeydə alındığını açıqlayıb. Səlahiyyətlilər, zəlzələdə can və mal itkisi olmadığını bildirib. Mərkəzi Amerika ölkələri arasında olan Qvatemala və El Salvador sahillərinin də zəlzələdən zərər çəkdiyi bildirilib.