“Real” klubunun ev oyunlarını keçirdiyi “Santyaqo Bernabeu” stadionunda yenidənqurma işləri yekunlaşmaq üzrədir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Madrid təmsilçisi artıq gələn aydan ev oyunlarını doğma stadionunda keçirəcək. “Real”ın La Liqanın 4-cü turu çərçivəsində “Selta”ya qarşı sentyabrın 11-də keçirəcəyi ev oyununun “Santyaqo Bernabeu” stadionunda oynanılacağı bildirilib. “Santyaqo Bernabeu” stadionu ötən ildən təmirə bağlanıb. “Real” bu səbəbdən ev oyunlarını 6 min nəfərlik tutumu olan “Alfredo Di Stefano” stadionunda keçirir.
Ziya Hikmətoğlu