Ulduz oyunçu tarixə düşüb

24 Avqust 2021 16:29 (UTC+04:00)

“Vest Hem” İngiltərə Premyer Liqasının 2-ci turunda “Lester”i məğlub edib – 4:1. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, qarşılaşmada iki qol vuran Maykl Antonio “Vest Hem”in tarixinə düşüb. 31 yaşlı hücumçu London təmsilçisinin heyətində Premyer Liqada ən çox qol vuran futbolçu ünvanını qazanıb. 2015-ci ildən “Vest Hem”də çıxış edən yamaykalı futbolçu 50 qolla bombardir adını qazanıb.

Ziya Hikmətoğlu