"Yuventus"un yeni transferi sıradan çıxıb

24 Avqust 2021 16:04 (UTC+04:00)

“Yuventus” klubunun futbolçusu Jorje Kayo zədələnib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, komandanın məşqində zədələnən 19 yaşlı braziliyalı hücumçu azı bir ay yaşıl meydanlardan uzaq qalacaq. “Yuventus” Kayonu Braziliyanın “Santos” klubundan heyətinə qatıb.

Ziya Hikmətoğlu