"Legiya"dan daha bir transfer

24 Avqust 2021 15:36 (UTC+04:00)

“Legiya” klubu heyətini yeni futbolçu ilə gücləndirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Varşava təmsilçisi İngiltərənin “Nottingem Forest” klubundan Yuri Ribeyronu heyətinə qatıb. 24 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb. “Benfika”nın yetirməsi olan Yuri 2019-cu ilin yayından “Nottingem Forest”də idi.

Ziya Hikmətoğlu