Asbest ölümcül təsirləri və asbestin səbəb ola biləcəyi xəstəliklərdən özünüzü qorumaq üçün etməli olduğunuz tədbirlər var. SİA xarici mətbuata istinadən xəbər verir ki, çox dayanıqlı olması səbəbindən əvvəllər "sehirli" adlandırılan asbest, bir çox xəstəliyə, xüsusən də, ağciyər xərçənginə səbəb olduğu üçün "ölümcül toz" olaraq bilinir.
Asbest, istiyə, kimyəvi maddələrə və yanmağa yüksək müqavimət göstərən yumşaq və uzun liflərdən ibarət təbii bir mineral olsa da, insan orqanizmi üçün zəhərli təsir yaradır. Yüksək izolyatoru sayəsində bir çox materialı daha dayanıqlı etmək üçün istifadə oluna bilsə də, tənəffüs edildikdə və ya udulduqda bədəndə qalıcı olaraq qala, xərçəng və ölümdən tutmuş müxtəlif narahatlıqlara səbəb ola bilər.
Asbestin təsirləri nələrdir?
Ağciyər xərçəngi (mezotelyoma) demək olar ki, yalnız asbestə məruz qalır və asbest xərçəngi kimi tanınır. Bundan əlavə, asbest müxtəlif növ ağciyər və ya qırtlaq xərçənginə səbəb ola bilər. Xüsusilə körpə ikən asbest tərkibli toza məruz qalan qadınlarda gələcəkdə yumurtalıq xərçəngi riski ilə daha yüksəkdir.
Asbest harada tapılır?
Asbest bəzi izolyasiya materiallarında, sement, plitələr, alçıpan, yapışqanlar, istiliyədavamlı parçalar, tozlar və kosmetika kimi tikinti materiallarında aşkar edilə bilər. Bu məhsulları istehsal edən fabriklərdə çalışan işçilərin sıx asbestə məruz qalma riski var.
Asbestin qarşısını almaq üçün alınacaq tədbirlər:
Asbest ehtiva edən məhsullardan xəbərdar olun və onları almamağa diqqət edin.
Təhlükəli iş sahələrində işləyirsinizsə, əməyin mühafizəsi qaydalarına riayət etməyinizə və mütəmadi olaraq yoxlamalar aparmağınıza əmin olun.
Evinizi təmir edirsinizsə və riskli materiallarla işləyirsinizsə, havalandırma təmin edin və əşyalarınıza yayılmaması üçün qoruyucu bir örtük istifadə edin.
Ayşən Vəli