"Qarabağ" klubunun səfər proqramı bəlli olub

24 Avqust 2021 14:21 (UTC+04:00)

Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda "Aberdin"in qonağı olacaq "Qarabağ" bu gün Şotlandiyaya yollanacaq. SİA-nın verdiyi məlumata görə, Ağdam təmsilçisini Aberdin şəhərinə aparacaq təyyarə saat 17:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.

Baş məşqçi Qurban Qurbanov avqustun 24-ü yerli vaxtla saat 18:40-da (Bakı vaxtı ilə 21:40) mətbuat konfransında iştirak edəcək. "Köhlən atlar"ın son məşqi isə yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 22:00) matçın oynanılacağı “Pittodri” stadionunda baş tutacaq.

Avqustun 26-da keçiriləcək "Aberdin" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. İlk oyunda Ağdam təmsilçisi minimal hesablı qələbə qazanıb - 1:0.

Ziya Hikmətoğlu