"Kadis" hücumçunu transfer edib

24 Avqust 2021 13:23 (UTC+04:00)

“Kadis” komandası heyətini yeni futbolçu ilə gücləndirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, La Liqa təmsilçisi İngiltərənin “Brayton” klubunun hücumçusu Florin Andoneni heyətinə qatıb. Rumıniyalı 28 yaşlı futbolçu mövsümün sonuna kimi icarəyə götürülüb. Florin Andone 2018-ci ildən “Brayton”da çıxış edir. İngiltərə klubu ötən mövsüm onu “Qalatasaray”a da icarəyə vermişdi. Rumıniya yığmasında 25 oyun keçirmiş futbolçu, 2 qol vurub.

Ziya Hikmətoğlu