Məşhur reqbi oyunçusu Thom Evansın müğənni sevgilisi Nicole Scherzinger, narıncı mini bikinisində idmanla məşğul olduğu anları İnstaqram hesabında paylaşıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ulduz müğənni, cazibədar bədəni ilə pərəstişkarlarından tam qiymət alıb. Hər zaman uyğun imiciylə diqqət çəkən ulduz müğənni mini bikini ilə idmanla məşğul olduğu anları paylaşıb. Məşhur ulduzun pərəstişkarları paylaşımı çox bəyənsələr də, idman edərkən bikiniyə üstünlük verməsi qəribə görünüb. Ancaq məşhur müğənni cəsarətli pozalarını sosial media paylaşımlarında paylaşmaqdan çəkinmir.
Ziya Hikmətoğlu