ABŞ-ın Tennessi əyalətində leysan yağışların səbəb olduğu daşqın nəticəsində itkin düşənlərin sayının 50-yə yüksəldiyi bildirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Tennessi ştatında həftə sonu baş verən fəlakətdə ən az 22 nəfər həyatını itirib, əyalət rəsmiləri əvvəllər 45 olaraq açıqladıqları itkin düşənlərin 50 -yə yüksəldiyini açıqlayıb. ABŞ Hidrometerelogiya Xidmətinin açıqlamasına görə, gözlənildiyindən 3 dəfə çox yağış yağdığını bildirdiyi bölgədəki yolların, telefon və elektrik xətlərinin daşqınlar nəticəsində yararsız vəziyyətə düşdüyünü, fövqəladə hallar nazirliyinin işçiləri hər evi tək-tək gəzərək zərərçəkənlərə çatmağa çalışdıqları qeyd edilib.
7 aylıq əkiz körpələr də su altında qalıb
Seldən zərər çəkmiş bölgədə həyatını itirənlər arasında 7 aylıq əkiz körpələrin də olduğu bildirilib. Sosial mediada yayılan videoda, cəmi 7 aylıq əkiz körpələrin daşqından xilas olmaq üçün atalarının qucağından düşdükləri və cərəyanla birlikdə sürükləndikləri barədə məlumatı paylaşılıb. Əkizlərin ölümü sağ qalan ailə üzvləri tərəfindən təsdiqlənib.
Ziya Hikmətoğlu