Mbappe mükəmməl təklifə yox deyib

24 Avqust 2021 10:50 (UTC+04:00)

"PSJ" Messinin transferindən sonra komandadan ayrılacağı bildirilən Mbappeyə 5+1 illik yeni müqavilə təklif edib. SİA-nın xarici mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu təklifə baxmayaraq, 22 yaşlı ulduzun imza atacağını gözləmədiyi iddia edilib.

Liqa 1 nəhəngi "Paris Sen Jermen" mövsümün əvvəlində Donnaruma, Sergio Ramos və Lionel Messi kimi əhəmiyyətli transferlər edib. Xüsusilə Messinin transferindən sonra Mbappenin komandadan ayrılmaq istədiyi barədə məlumatlar yayılıb.

"PSJ" ulduz oyunçu Kylian Mbappeyə 5+1 illik yeni müqavilə təklif edib. Lakin 22 yaşlı fransız ulduzu bu təklifi qəbul etməyib. Paytaxt komandası Real Madrid rəsmi təklif versə, futbolçunu satmağa hazırdır.

Ziya Hikmətoğlu