Əvvəl gəzinti, sonra yemək

24 Avqust 2021 10:27 (UTC+04:00)

Qapıçı Volkan Babacan və xəbər aparıcısı həyat yoldaşı Hilal Özdemir əvvəlki gün Bebekdə idi. SİA xarici mətbuata istinadən xəbər verir ki, onlar əkizləri Ayşe və Bade ilə birlikdə gəzintiyə çıxırdılar.

Qızlarının dayəsi də yanlarında olub. Cütlük gəzintidən sonra bir kafedə yemək yeyib.

Ayşən Vəli