"Peyvənddən sonra əks göstərişlə bağlı müraciət olunmayıb" SƏHİYYƏ NAZİRLİYİ

23 Avqust 2021 16:54 (UTC+04:00)

"Hazırkı tarixə qədər səhiyyə qurumlarına COVID-19-a qarşı peyvənddən sonra əks göstəriş ilə bağlı müraciət olunmayıb". SİA xəbər verir ki, bunu Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov bildirib.

"COVID-19-a qarşı peyvənddən sonra ciddi əks göstərişli müraciət olmadığından, bu istiqamətdə kompensasiyanın verilmə halı qeydə alınmayıb",- o qeyd edib.