"Təsdiqlənməyən ərizələrə baxılmayacaq" MƏLEYKƏ ABBASZADƏ

23 Avqust 2021 16:09 (UTC+04:00)

“İxtisas seçimi ərizəsində səhv edən abituriyentlər ərizəni ləğv edib, yenidən doldura bilərlər. Bu şans iki ildir yaradılıb”. SİA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, abituriyent ərizəni təsdiqləyəndən sonra baxılacaq: “Təsdiqlənməyən ərizələrə baxılmayacaq”.