"Əşrəf Qanini bağışlayırıq, istəsə ölkəyə qayıda bilər" TALİBAN

23 Avqust 2021 15:03 (UTC+04:00)

Taliban keçmiş prezident Əşrəf Qani və ölkədən qaçan iki məmuru istəsələr ölkəyə dönə biləcəklərini söyləyib. SİA xəbər verir ki, Talibanın yüksək vəzifəli məmuru Xəlil əl-Rəhman Haqqani Pakistan Geo TV-yə verdiyi açıqlamada deyib.

Haqqaninin sözlərinə görə, ölkədən qaçan keçmiş prezident Əşrəf Qani və onun müavini Əmrullah Salehə əfv təklif etdiyini və istəsələr geri dönmələrinə icazə veriləcəyini ifadə edib: "Əşrəf Qanini, Əmrullah Salehi və Həmdullah Mohibi bağışlayırıq. Bizə qarşı döyüşən bir generaldan adi bir insana qədər hər kəsi bağışlayırıq".