Rus model İrina Şeyk və milyarder repçi Kanye Uest arasındakı yaxınlaşma sevgiyə çevrilmədən bitib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ikisi də bu yazın əvvəlində Fransada tətildə Uestin ad gününü qeyd etmək üçün görüşüblər.
Fanatları onları bir daha heç vaxt birlikdə görməyiblər. Uest boşanmaq mərhələsində olan Kim Kardaşyanı albomun tanıtımına dəvət edərkən "Ailəmi itirdim" deyərək ağlayıb və Şeyki özündən uzaqlaşdırıb. Uest və Şeykin əlaqələri kəsilib.
Ayşən Vəli