"Arsenal" ingilis qapıcı ilə müqavilə imzalayıb

23 Avqust 2021 11:34 (UTC+04:00)

"Arsenal" klubu İngiltərə Premyer Liqasında aldığı ardıcıl iki məğlubiyyətlə mövsümə çox pis bir start verib. Klub həm liqada, həm də gələn mövsüm Avrokuboklara qatılmaq üçün transfer işlərini davam etdirir.

Klub son olaraq "Şeffild Yunayted"də oynayan Aron Ramsdaleni transfer edib. Klub oyunçu üçün 30 milyon avro ödəyib. Oyunçu ilə uzun müddətli müqavilə imzalanıb.

Ziya Hikmətoğlu