İxtisas seçimi edəcək abituriyentlərin nəzərinə!

23 Avqust 2021 10:39 (UTC+04:00)

Bu gün saat 15:00-da Dövlət İmtahan Mərkəzinin “Facebook” səhifəsi vasitəsilə Mərkəzin Direktorlar Şurasının sədri M.Abbaszadə II və III ixtisas qrupu üzrə ixtisas seçimi edəcək abituriyentlərə diqqət yetirməli olduqları məsələlər haqqında məlumat verəcək və abituriyentlərin suallarını cavablandıracaq. SİA xəbər verir ki, bildiyiniz kimi, ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi avqustun 30-dək internet vasitəsilə aparılır.

İxtisas seçimi ilə əlaqədar olan suallarınızı canlı yayım zamanı müvafiq postun altına yaza bilərsiniz.