Makiyajsız fotosunu paylaşdı

22 Avqust 2021 19:40 (UTC+04:00)

“Səfirin Qızı” serialı ilə tamaşaçı qarşısına çıxan türk aktrisa Tuba Büyüküstün, yeni layihəsinin çəkilişləri üçün Ayvalıkdadır. SİA xarici mətbuata istinadən xəbər verir ki, Büyüküstün bu yaxınlarda pərəstişkarları ilə makiyajsız şəklini paylaşıb.

Son olaraq Murat Boz ilə eşq yaşadığı iddia edilən aktrisa və Murat Boz, iddialar qarşısında heç bir açıqlama vermədilər.

Belə olduqda məşhur cütlüyün pərəstişkarları sevgi iddiaları ilə maraqlanırlar.

Ötən həftələrdə yeni layihəsinin çəkilişlərində Murat Bozla birlikdə görünən Tuba Büyüküstün, sosial media səhifəsində tez -tez paylaşımlar edir.

Ayşən Vəli