Rusiyada atışma olub, xəsarət alanlar var

22 Avqust 2021 17:53 (UTC+04:00)

Rusiyada silahlı insident qeydə alınıb. Bu barədə Rusiya mediasına istinadən xəbər verir.

Məlumata görə, hadisə paytaxt Moskvanın cənub-qərbində, Bitsevsk meşəsində olub. Atışma zamanı 2 nəfər xəsarət alıb. Qeyd edilir ki, xəsarət alanlar 22 və 29 yaşlı gənclərdir.

Yaralılar xəstəxanaya çatdırlıblar.

Hadisənin təfərrüatı açıqlanmır. İnsidentin başvermə şəraiti və səbəbləri araşdrılır.