Ankarada yol qəzasında onlarla insan yaralanıb

22 Avqust 2021 15:38 (UTC+04:00)

Türkiyənin paytaxtı Ankarada Çubuk-Şabanozu magistral yolunda minik avtomobili sərnişin avtobusu ilə toqquşub. SİA bu barədə "Anadolu"ya istinadən xəbər verir.

Məlumata görə, hadisə nəticəsində səkkizi uşaq olmaqla, 20 nəfər yaralanıb.

Yaralılar təcili yardım maşınları ilə Halil Şıvgın Çubuk Dövlət Xəstəxanasına çatdırılıb.

Qəza səbəbindən Çubuk-Şabanozu magistral yolunda nəqliyyatın hərəkəti təxminən 1 saat dayanıb.