Saatlıda evdə yanğın olub xəsarət alan var

22 Avqust 2021 15:34 (UTC+04:00)

Saatlı rayonunda xəsarətlə nəticələnən yanğın hadisəsi olub. Bu barədə SİA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Qıraqlı kəndində ümumi sahəsi 120 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları 85 m² sahədə və çardağı yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.