Minik və yük avtomobilləri toqquşub, xəsarət alanlar var

22 Avqust 2021 13:16 (UTC+04:00)

Cəlilabad rayonunda ağır yol qəzası baş verib. SİA-nın məlumatına görə, hadisə Uzuntəpə kəndində qeydə alınıb.

"Mercedes" markalı minik avtomobillə "UAZ" markalı yük avtomobilinin toquşması nəticəsində azı 4 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.