Süni nəfəs aparatına qoşulan xəstələrin 97 faizi vaksin olunmayanlardır TƏBİB sədri

22 Avqust 2021 12:43 (UTC+04:00)

“Vəziyyəti ağırlaşıb süni nəfəs aparatına qoşulan xəstələrin 97 faizi vaksin olunmayanlardır”.

SİA-nın məlumatında görə, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı tvitterdəki şəxsi hesabında paylaşıb.

Paylaşımda daha sonra deyilir:"Sağlamlığımızı virusun təhdidləri qarşısında aciz buraxmayaq. Nəticələrin müsbətə doğru dəyişməsi üçün birlikdə mübarizə aparaq".