Zaqatalada karantin qaydalarını pozan restoran sahibi cərimələnib

22 Avqust 2021 11:41 (UTC+04:00)

Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri zamanı Yuxarı Tala kəndində yerləşən “Sərin” restoranında karantin rejimi qaydalarının pozulduğu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan SİA-ya verilən məlumata görə, aparılan yoxlama zamanı restoranda təşkil edilən toy mərasimi barədə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi müəyyən edilib.

Aşkarlanmış qayda pozuntuları ilə bağlı obyektin sahibi Cavid Cumayev barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.