Qaxda minik avtomobili yanıb

22 Avqust 2021 09:54 (UTC+04:00)

Qax rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, rayonun Qaxbaş kəndində “Chevrolet” markalı minik avtomobilinin idarəetmə lövhəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.