Binəqədidə 4 yaşlı uşağı avtomobil vurub

22 Avqust 2021 09:15 (UTC+04:00)

Bakıda xəsarətlə nəticələnən daha bir yol qəzası baş verib. SİA-nın məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 2017-ci il təvəllüdlü Məmmədova Əsnad Nicat qızı yaşadığı evin yanında oynayarkən ehtiyatsızlıqdan onu avtomobil vurub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.