Fransalı atlet yeniyetmələr arasında qaçış yarışlarında dünya rekordu müəyyənləşdirib

21 Avqust 2021 23:51 (UTC+04:00)

Fransalı atlet Saşa Joya yeniyetmələr arasında 110 metr məsafəyə maneələrlə qaçış yarışlarında dünya rekordu müəyyənləşdirib.
SİA xəbər verir ki, atlet bu uğura Keniyanın paytaxtı Nairobidə təşkil olunan dünya çempionatında nail olub. S.Joya qeyd olunan məsafıni 12,72 saniyəyə qət edib.
Böyüklər arasında dünya rekordu ABŞ idmançısı Aris Merrittə məxsusdir. Atlet məsafəni 12,80 saniyəyə qət etməklə rekorda imza atıb.
S.Joyanın rekordu böyüklər kateqoriyası üzrə qəbul olunmayıb. Buna səbəb yeniyetmələr və böyüklər arasında yarışlarda maneələrin hündürlüyünün fərqli olmasıdır.
Fransa atleti bu il Estoniyada keçirilən Avropa çempionatının da qalibidir.
Kenyada keçirilən 20 yaşadək atletlər arasında dünya çempionatına avqustun 22-də yekun vurulacaq.