Xocavənd rayonunda iki erməni hərbçinin qalıqları aşkar olunub

21 Avqust 2021 23:37 (UTC+04:00)

Xocavənd rayonunda 2 erməni hərbçinin qalıqları aşkar olunub.

SİA-nın xəbərinə görə, bu barədə “Sputnik Armenia” saytı məlumat yayıb.

Hərbçilərin şəxsiyyəti Ermənistanda keçiriləcək məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcək.

Bununla da Qarabağ müharibəsi bitdikdən sonra ərazilərdə aparılan axtarış əməliyyatları zamanı ümumilikdə 1647 erməni hərbçinin cəsədi və ya qalıqları tapılıb.