Fransanın son çempionundan daha bir transfer

21 Avqust 2021 21:27 (UTC+04:00)

Fransanın “Lill” klubu heyətini yeni futbolçu ilə gücləndirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Liqa 1-in son qalibi İspaniyanın “Atletiko” klubunun qapıçısı İvo Qrbiçi heyətinə qatıb.

25 yaşlı xorvat qapıçı 2021/22 mövsümünün sonuna kimi icarəyə götürülüb. O, yeni komandasında 1 nömrəli formanı geyinəcək.

Ziya Hikmətoğlu