"Qalatasaray"a böyük şok

21 Avqust 2021 17:45 (UTC+04:00)

“Qalatasaray” klubunda Avropa Liqasının pley-off mərhələsinin “Randers”lə (Danimarka) ilk matçında zədələnən Arda Turanın son durumu məlum olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 34 yaşlı yarımmüdafiəçi ayaq biləyindən zədələnib. Ardanın üç həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

“Qalatasaray” ilk oyunda səfərdə “Randers”lə 1:1 hesablı heç-heçə edib. Komandalar arasındakı cavab matçı avqustun 26-da, Türkiyədə keçiriləcək.

Ziya Hikmətoğlu