“Alanyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Super Liqa təmsilçisi portuqaliyalı yarımmüdafiəçi Joao Pedro Barradas Novaisi heyətinə qatıb.
28 yaşlı futbolçu Portuqaliyanın “Braqa” klubundan satınalma şərti ilə bir illik icarəyə götürülüb. Joao Novais yeni komandasında 18 nömrəli formanı geyinəcək. O, 2018-ci ildən “Braqa”nın uğurları üçün çalışır. Yarımmüdafiəçi əvvəllər “Leyksoeş” və “Rio Ave”də də forma geyinib.
Ziya Hikmətoğlu