ABŞ Dövlət Departamenti Rusiya istehsalı olan bəzi silah növlərinin idxalına və nüvə texnologiyasının ixracına məhdudiyyətlər qoyulduğunu açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ XİN verdiyi açıqlamada, sentyabrın 7-dən qüvvəyə minəcək sanksiyanın Rusiya istehsalı olan müəyyən növ silah və döyüş sursatlarının idxalını, nüvə və raket məhsullarının və texnologiyalarının ixracını əhatə edəcəyi bildirilib.
Açıqlamada sanksiya qərarının "Rusiyanın kimyəvi silah istifadə etməsi" ilə əlaqədar olduğu və ən az 12 ay qüvvədə olacağı iddia edilib.