“Çelsi”də koronavirus şoku

21 Avqust 2021 15:51 (UTC+04:00)

“Çelsi” klubunun yarımmüdafiəçisi Kristian Pulişiçdə koronavirus aşkarlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, COVİD-19 testi pozitiv çıxan ABŞ yığmasının üzvü karantinə alınıb. O, bu üzdən Premyer Liqanın 2-ci turu çərçivəsində keçiriləcək “Arsenal”la London derbisində iştirak edə bilməyəcək.

Qeyd edək ki, “Arsenal” – “Çelsi” matçı avqustun 22-də keçiriləcək.

Ziya Hikmətoğlu