"Sevilya" yeni oyunçu ilə müqavilə imzalayıb

21 Avqust 2021 14:49 (UTC+04:00)

“Sevilya” klubu heyətini yeni futbolçu ilə gücləndirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, La Liqa təmsilçisi İngiltərənin “Vulverhempton” klubunun hücumçusu Rafa Miri transfer edib. 24 yaşlı ispan futbolçu ilə 6 illik müqavilə imzalanıb. O, yeni komandasında 12 nömrəli formanı geyinəcək.

Ziya Hikmətoğlu