"Roma"dan "Napoli"yə

20 Avqust 2021 14:45 (UTC+04:00)

“Napoli” klubu heyətini yeni futbolçu ilə gücləndirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, “Napoli” klubu “Roma”dan ayrılan və azad agent statusu daşıyan Juan Jezusu heyətinə qatıb. 30 yaşlı braziliyalı mərkəz müdafiəçisi ilə 1+1 illik müqavilə imzalanıb. Braziliya yığmasında da oynamış Juan Jezus, 2016-cı ildən “Roma”da çıxış edirdi. O, paytaxt təmsilçisində 102 matça çıxıb, 1 qol vurub.

Ziya Hikmətoğlu